Ru
11:30 / 05 İyul 2025

Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak etdi

Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak etdi
Eye

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında iştirak edib.

Bakupost.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar aksiyaya qoşulublar.

Qeyd edək ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunur. Bu il ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində də qanvermə aksiyasıları keçirilir.

Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar