Ru
14:44 / 25 Noyabr 2026

Sükan arxasında sürücü olmayacaq: “Uber” robotaksi sınaqlarına başladı

Sükan arxasında sürücü olmayacaq: “Uber” robotaksi sınaqlarına başladı
Eye

“Uber”, “Nuro” və “Lucid” şirkətlərinin birgə hazırladığı sürücüsüz robotaksilər ABŞ-nin San-Fransisko Körfəz Bölgəsində ictimai yollarda sınaqlara başlayıb. “Lucid Gravity” elektrikli “SUV” modeli əsasında hazırlanan avtomobillər artıq təhlükəsizlik sürücüsü olmadan hərəkət edir.

“Bakupost” xəbər verir ki, şirkətlər 2027-ci ilin birinci rübündə kommersiya robotaksi xidmətinə başlamağı planlaşdırır. Sınaqların növbəti mərhələsində şirkət əməkdaşlarına da sürücüsüz avtomobillərlə səfər imkanı yaradılacaq.

“Uber” əvvəlcə “Lucid”ə 300 milyon dollar investisiya yatırmağı öhdəsinə götürsə də, sonradan bu məbləğ 500 milyon dollara yüksəldilib. Şirkət “Nuro”ya da təxminən 500 milyon dollar investisiya yatırmağı vəd edib.

Bundan başqa, “Uber” növbəti altı il ərzində ən azı 20 min “Lucid Gravity” avtomobili almağı planlaşdırır. Bu razılaşma “Lucid” üçün daha sabit gəlir mənbəyi yaratmaqla yanaşı, “Nuro”nun avtonom idarəetmə texnologiyalarını avtomobil istehsalçılarına və nəqliyyat şirkətlərinə təqdim etmək strategiyasını da dəstəkləyir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar