Finlandiyanın Prezidenti Aleksander Stubbun və Bundesverin generalı Kristian Fröydinqin bəyanatlarına diqqət yetirməliyik.
Aleksandr Stubbun müharibənin strateji tərəfi barədə fikirlərilə tanış olaq:
- Putin NATO-nu dağıtmaq niyyətində idi. Nəticədə isə Rusiyanın NATO ilə sərhədini ikiqat artırdı. Putin transatlantik tərəfdaşlığı dağıtmaq istəyirdi. Nəticədə biz indi müdafiə xərclərimizi 5 faizə qədər artırırıq. Putin AB-ni dağıtmaq niyyətində idi. Amma mən AB-nin bu qədər sıx konsolidasiya olduğunu heç vaxt görməmişdim.
Baxın, bu il o, Ukraynanın cəmi 0,25% ərazisini işğal edə bilib və hər kilometr üçün 167 əsgər itirib. Bu, ağılasığmaz yüksək qiymətdir. Mən deyərdim ki, bu, müasir tarixdə ən böyük taktiki və strateji səhvdir. Çünki o, Ukraynanın dirənişini qıraraq öz nəzarətində saxlamaq istəyirdi, əvəzində isə Ukrayna Avropa İttifaqının və NATO-nun üzvü olacaq”.
Eyni zamanda Finlandiyanı Prezidenti vurğulayıb ki, Putin strateji baxımdan axmaq və hərbi cəhətdən uğursuz bir şəxsdir.
Əlavə edəcək bir şey yoxdur, Stubb tamamilə haqlıdır, strateji olaraq Rusiya bataqlığa girib və ondan çıxış yoxdur.
Müharibənin hərbi-texniki və taktiki tərəfinə gəlincə, Almaniya Federal Müdafiə Nazirliyi yanında Ukraynadakı vəziyyət üzrə Mərkəzin (bu Mərkəz Almaniyanın Ukraynaya hərbi yardımını kurasiya edir) rəisi Kristian Fröydinqin dediklərinə nəzər salmalıyıq:
- Bizə Rusiyanın dərinliklərinə: anbarlara, qərargahlara, aerodromlara və təyyarələrə zərbə endirə bilən silahlar lazımdır. Son həftələr və aylar ərzində biz USQ-nin bir çox uğurlu hücumunun şahidi olduq. Almaniya belə silahların tədarükünə hazırdır.
USQ elə bu ay (!!!) ilk uzaqmənzilli sistemləri alacaq və daha sonra yüzlərlə yeni silahlar göndəriləcək. Bu, yaxın həftələr və aylar ərzində Ukraynanın hava hücumundan müdafiəsini və döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Bütün bunları Almaniya maliyyələşdirir və general qeyd edir ki, bu ay artıq bu silahların genişmiqyaslı tətbiqinin şahidi olacağıq.
Eyni zamanda, alman generalın sözlərinə görə, Rusiyada raketlərin və “Şahid”lərin istehsal olunduğu yerləri və anbarları kütləvi şəkildə məhv etmək üçün vasitələr geniş şəkildə tətbiq olunmalıdır.
Nə deyə bilərik? Almaniya son dərəcədə radikal və aqressiv (sözün müsbət mənasında) mövqe tutub, bundan əlavə Almaniya Ukrayna hərbi-sənaye kompleksilə əməkdaşlığını kəskin genişləndirir və müasir texnologiyalarını cəlb edir.
Çox güman ki, bu ayın sonunda biz USQ-nin Rusiya ərazisinə “AN-196 Lutıy”, “VB-140 Flamingo” dronları və “Bars” mini-raketlərinin kütləvi zərbələrini görəcəyik. Almanlar ukraynalılarla birlikdə məhz bu dron/mini-raketləri istehsal edirlər.
Kamran Cəfərov