Ru
18:21 / 23 May 2025

Ana killerə qızını sifariş verdi

Ana killerə qızını sifariş verdi
Eye

Rusiyanın Çelyabinsk vilayətində ana 12 yaşlı qızını öldürtməyə cəhd edib.


Bakupost.az xəbər verir ki, "SHOT" telegram kanalının yaydığı məlumata görə, İsmaylovski qəsəbəsində yaşayan 46 yaşlı qadın analıq instinktini tamamilə itirib.

O, 36 yaşlı tanışını evə dəvət edib və 12 yaşlı qızının pis davranışından bezdiyini deyərək, ondan 100 min rubl qarşılığında qızı Böyük Qaraqanka çayında boğmasını xahiş edib. Bu təklifdən şoka düşən kişi dördüncü sinif şagirdini öz evində gizlədib və hər şeyi polisə bildirib.

Ana saxlanılıb, onun barəsində cinayət işi açılıb. Yetkinlik yaşına çatmayan şəxsin sifarişlə öldürülməsinə təhrik etməyə görə qadını 15 ilə qədər həbs cəzası gözləyir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar