Ru
22:17 / 30 May 2024

Anar itirdiyi dostlarının hüzurunda - TƏSİRLİ ANLAR - VİDEO

2171
Xalq yazıçısı Anar II Fəxri xiyabanı ziyarət edib, burada uyuyan atası Rəsul Rzanın və bir sıra dostlarının məzarına baş çəkib.

Bakupost.az -ın məlumatına görə, bunlar arasında Emin Sabitoğlu, Rüstəm İbrahimbəyov, Fikrət Qoca, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Nigar Rəfibəyli kimi dühalar var.

O, bunu əks etdirən görüntülərlə yanaşı, dostları ilə bağlı 2022-ci ildə qələmə aldığı şeiri də feysbuk hesabında paylaşıb:

İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər