Ru
01:21 / 27 İyul 2024

Rusiyada doğum fəlakətli dərəcədə aşağı səviyyədədir

Rusiyada doğum fəlakətli dərəcədə aşağı səviyyədədir
Eye

Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın gələcəyini təhdid edir.

Bakupost.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə bildirib.

“Biz ildən-ilə azalırıq və bunun öhdəsindən yalnız orta doğum nisbətini artırmaqla gəlmək olar. Bu göstərici ölkəmizdə 1,4 təşkil edir. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, - deyə prezidentin mətbuat katibi bildirib.

İyulun əvvəlində Rusiya Federasiyasının baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, reproduktiv yaşda olan qadınların sayının azalması uzunmüddətli xarakter daşıyacaq və 2046-cı ilədək davam edəcək.

Şərhlər
  • Yasir Ərəbov

    Həkim, Baş nazirin müavinin gələcək 22 (2046-2024) ildən sonraya ümiddən qeyri nə çarəsi var? Kreml mafiyası SSRİnı buraxandan sonra(ehtimal ki, rəqib saydığı?) yaxın ətrafını (Gürcüstanı, Azərbaycanı, Moldovanı, Ukraynanı ...) kimlər, ya nə üçünsə, tam *silib-süpürmə*yə başlayıb? Bu il müharibə bitərsə, proqnoz yeni nəslin 22 ildən sonra insan aləminə gələcəyini gözləyir. Tarixin ən vəhşi-hərbi dini *Miatsum!* genosidinə məruz tolerant Azərbaycanımız da 33 illik seyçilikdən sonrakı azadlıq mübarizəsi ilə oxşar problemlə üzləşib?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar