Ru
19:00 / 15 Sentyabr 2026

Polşaya xəbərdarlıq: xəritədən silinə bilər

Polşaya xəbərdarlıq: xəritədən silinə bilər
Eye

Varşava Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaq qərarına gələrsə, Polşa bir dövlət kimi bir neçə gün ərzində mövcudluğunu itirəcək.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev deyib.

"Əgər Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, ölkəmiz bütün qüvvə və resurs arsenalından istifadə edəcək və Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğunu dayandıracaq", - deyə o, aif.ru saytına verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, Polşa xarici işlər naziri Radoslav Sikorskinin ölkənin Rusiya üzərində hərbi üstünlüyünə malik olması barədə açıqlaması tamamilə diletant səslənir:

“Polşalı nazir başa düşmür ki, Rusiya ordusu xüsusi hərbi əməliyyat zamanı bütün arsenalından istifadə etmir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
  • Bəhlal Danəndə

    Müəllif uyğun mülahizə verib. Ukraynanın da ağır və hərbnüvə arsenalı Ukraynanın Sülsevər Avropa İttifaqı və NATO alyansına qəbul edilmə ehtimalı ilə Rusiyaya daşınıb? Qərbi SSRİ və SB respublikalarında bəlkə də fərdi silahdan əlavə bəlkə də köhnəlmiş texnika kimi Hərbi Arsenaldan silinmiş nələrsə təsadüfən qalıb? SSRİ ləğv ediləndə respublikaların sərhədlərini Rusiya müdafiə edəcək (KTMT, yeni model MDB) təklifi ilə digər respublikalara nəinki silah, digər əmlak, mülkiyyət və maliyyə hesabatları bölgüsü aparılmayıb? Kim öncədən küsüb, RF və sonrakı hərbi tandemə, MDB və KTMTyə daha sərfəli? Buyur, öz sərhədlərini İran vı Ermənistandan müdafiə et təklifi 28 il Azərbaycanı özündən on dəfə az hərbi terror dəstəsinin əsarətində və üç dəfə az-öz yarım respublikasının hərbi əsarətindən azadlıq şansı,imkanı, şəraiti yaratmadı siyasət, ya qəti-kəskin iddiasız hüquq?? iddiasız?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar