Ru
23:35 / 31 Oktyabr 2026

Müəmmalı ölüm: Ailənin tək övladının meyiti tapıldı - FOTO

Müəmmalı ölüm: Ailənin tək övladının meyiti tapıldı - FOTO
Eye

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.


"Bakupost" Metbuat.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur.

Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar