Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bu ay Nyu-Yorkda görüşəcəklər.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri "Azadlıq" radiosunun sualına cavab olaraq bildirib.
Mirzoyan gündəliyi dəqiqləşdirməsə də qeyd edib ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı keçirilib. Həmin görüşdən sonra tərəflər tezliklə yenidən görüşəcəklərini bəyan etmişdilər.
Bir gün əvvəl ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Bakıya səfər edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsində görülən işlər, o cümlədən TRIPP inkişaf şirkətinin yaradılması müzakirə olunub.
Rüfət Sultan,
BakuPost