Ru
23:25 / 03 Noyabr 2026

Yuliya Mendel dövlətə xəyanətdə şübhəli bilinir

Yuliya Mendel dövlətə xəyanətdə şübhəli bilinir
Eye

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birgə Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendeli şübhəli şəxs qismində istintaqa cəlb edib.


"Bakupost" xəbər verir ki, o, hərbi vəziyyət dövründə dövlətə xəyanətdə, həmçinin Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaqda ittiham olunur.

Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan ekspertizalar və əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Mendel ictimai çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında Ukraynanı beynəlxalq arenada gözdən salıb, eyni zamanda Rusiya hakimiyyətinə və Ukraynaya qarşı genişmiqyaslı müharibəyə haqq qazandırıb.

Qeyd olunub ki, Mendel ölkə xaricindədir. Hazırda onun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar