Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız itkin düşüb.
Bakupost.az xəbər verir ki, Mələk İmanova yaşadığı binanın qarşısından yoxa çıxıb.
Hadisənin baş verdiyi ərazidə müşahidə kameraları olsa da, onun hara və necə getdiyi məlum deyil.
Mələyin atası göz yaşları içində hadisənin baş verdiyi ərazini, yaxınlıqdakı müşahidə kameralarının yerini göstərib və ərazidə yerləşən xalça yuma məntəqəsinin kameraları açmadığını bildirib.
Azyaşlının itkin düşməsi ilə bağlı polisə məlumat verilib, onun tapılması istiqamətində tədbirlər görülür.
Gülsüm Baxşəliyeva,
BakuPost