Son günlərdə 101 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
"Bakupost" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Azərbaycan, Ermənistan, Əlcəzair, Belarus, Misir, İordaniya, Hindistan, Keniya, Çin, Kuba, Kot-d'İvuar, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Filippin və digər dövlətlərdən ümumilikdə 101 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.