Ru
17:39 / 26 Oktyabr 2022

Anar yenidən sədr seçildi: qurultayda dava düşdü - VİDEO

18787
Yazıçı Anarın Azərbaycan Yazıçılar Birliyinin XIII qurulyatında yenidən birliyin sədri seçilməsi davaya səbəb olub.


Bakupost.az xəbər verir ki, gənc yazarlar Anara etiraz ediblər. Onlar uzun müddət bu postu tutan Anarın yenidən sədr seçilməsinin ədalətli olmadığını deyiblər.


Davaya səbəb şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyinin səsə qoyulmaması olub.

Sədarət onların namizədliyinin səsə qoyulmamasını qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah edib. Bu isə gənclərin etirazı ilə qarşılanıb. Onlar seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər.


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər