Ru
13:49 / 14 İyul 2025

Anasının başını pilləkənə vura-vura öldürdü - Qətlin ŞOK TƏFƏRRÜATI

Anasının başını pilləkənə vura-vura öldürdü - Qətlin ŞOK TƏFƏRRÜATI
Eye

Sabirabad rayonunda 85 yaşlı qadının döyülərək qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Bakupost.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə pul üstündə olub. Belə ki, Mürsəlli kənd sakini, 1972-ci il təvəllüdlü Ağamirzə Zeynalov içki düşkünü olub. O, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb, içirmiş. A.Zeynalov nadir hallarda fəhlə işləyib, pul qazanırmış.

A.Zeynalovun anası, 1940-cı il təvəllüdlü Balabikə Zeynalova iyulun 13-də səhər saatlarında oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb gizləyib. Günorta saatlarında yuxudan oyanan A.Zeynalov yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. İçkini nisyə alan A.Zeynalov evə qayıdaraq anasından pensiya kartını soruşub. B.Zeynalova kartın özünə məxsus olduğunu bildirib və bir də ona pensiyasını verməyəcəyini deyib.

Bundan sonra əsəbiləşən A.Zeynalov nisyə aldığı içkini qəbul edib, anasını döyməyə başlayıb. Qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpik zərbələri endirən A.Zeynalov B.Zeynalovanın başını bir neçə dəfə evin pilləkənlərinə vurub. Nəticədə qadın ağır kəllə-beyin travmaları ilə komatoz vəziyyətə düşüb.

Qonşuların köməyi ilə qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar