Ru
17:47 / 30 İyun 2025

Anasının meyitinin yanında bir neçə gün keçirmiş körpə sağ qaldı

Anasının meyitinin yanında bir neçə gün keçirmiş körpə sağ qaldı
Eye

ABŞ-da ölən anasının yanında bir neçə gün keçirib sağ qalan körpə tapılıb. Körpə var gücü ilə həyata tutunub.

Bakupost.az xəbər verir ki, onun inanılmaz xilasolma hekayəsi barədə New York Post nəşri məlumat yayıb.

Kədərli və dəhşətli hadisə Arizona ştatının Feniks şəhərində baş verib. Qonşular yaxınlıqda yaşayan uşaqlı qadını bir neçə gün görmədikləri üçün narahat olaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Polislər qonşuların söz etdiyi evin pəncərəsindən içəri baxıb və yataqda hərəkətsiz halda yatan bir qadın görüblər. Onlar gözləmədən qapını sındıraraq içəri daxil olublar. İçəri girdikdə qadının artıq öldüyünü müəyyənləşdiriblər. Lakin polislər üçün ən böyük şok qadının cəsədinin yanında, bələyə bükülmüş halda uzanan körpəni tapmaq olub. Körpə çətinliklə nəfəs alsa da sağ olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Nəşrin yazdığına görə, hazırda körpənin vəziyyəti yaxşılaşmağa doğru gedir. Ancaq qadının ölüm səbəbi hələlik məlum deyil.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar