Ru
17:54 / 26 Noyabr 2026

“Anthropic” rəhbərindən yeni təklif: “Süni intellektə sərhəd qoyulsun”

“Anthropic” rəhbərindən yeni təklif: “Süni intellektə sərhəd qoyulsun”
Eye

Süni intellektin nəzarətsiz inkişafının insan iradəsini və qərarvermə hüququnu təhlükə altına ala biləcəyi müzakirə olunur. “Anthropic” şirkətinin rəhbəri Dario Amodei hesab edir ki, səmərəlilik və ya təhlükəsizlik naminə insanların öz gələcəklərini müəyyən etmək hüququndan imtina etməsi yolverilməzdir.

“Bakupost” xəbər verir ki, Amodei süni intellekt şirkətlərinin rəhbərlərinin texnologiyanın yalnız bir vasitə olaraq qalacağı barədə açıqlamalarına şübhə ilə yanaşıb. Onun fikrincə, bəzi şirkətlərin real siyasəti ictimai bəyanatları ilə üst-üstə düşmür.

Amodei süni intellektin əmək bazarına mənfi təsirini azaltmaq üçün bəzi modellərin imkanlarının məhdudlaşdırıla biləcəyini bildirib. O, həmçinin süni intellekt sistemlərinin insan müdaxiləsi olmadan daha güclü sistemlər yaratmaq imkanlarının da məhdudlaşdırılmasını zəruri sayıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar