Ru
09:27 / 05 İyun 2024

Arvadı ilə dalaşıb evi yandırdı - FOTO

1766
Türkiyədə həyat yoldaşı ilə mübahisə edən kişi, hirsini evdən çıxarıb.

Bakupost.az xəbər verir ki, hadisə Aksarayda baş verib.

Bir müddət əvvəl əri ilə mübahisə edən və ata evindən öz evinə qayıdan qadını evə buraxmayan C.A. (31) mənzildə mübahisə etməyə başlayıb. Mübahisə qısa müddətdə davaya çevrilib və C.A həyat yoldaşını qovub. O, özünü evə qapadıb və 112 Təcili Zəng Mərkəzinə zəng edib. Evini yandıracağını deyən C.A. telefonu söndürən kimi 3-cü mərtəbədəki mənzilin qonaq otağının pərdəsini alışqanla yandırıb.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn Aksaray Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları mənzilin qapısını qıraraq içəri girib. Yanğınsöndürənlər alova bürünmüş mənzilə həm içəridən, həm də çöldən nərdivanlarla müdaxilə edərək qısa müddətdə yanğını nəzarətə götürüblər.

Evini yandıran və bağçadan qaçmaq istəyərkən polis qrupları tərəfindən yaxalanan C.A. saxlanılıb.
Hadisə ilə bağlı Aksaray Respublika Prokurorluğu tərəfindən araşdırmaya başlanıb.

Mənzil yararsız hala düşüb.



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər