Ru
13:20 / 14 Mart 2026

Starmer Trampın strategiyasını "axmaq strategiya" adlandırdı

Starmer Trampın strategiyasını "axmaq strategiya" adlandırdı
Eye

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keir Starmerlə telefon danışığı zamanı Vaşinqtonun artıq Yaxın Şərqdə mümkün əməliyyatlar üçün Britaniya hərbi bazalarına ehtiyac duymadığını bildirib.

Bakupost.az Crossmedia.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan mənbə Ağ Ev rəhbərinin sözlərini belə sitat gətirib:

“Bunu müharibədən əvvəl təklif etməli idiniz. İndi isə çox gecdir.”

Tramp daha əvvəl də Starmerin mövqeyini kəskin tənqid edərək onu London və Vaşinqton arasındakı xüsusi münasibətlərə zərbə vurmaqda ittiham etmişdi. ABŞ prezidenti həmçinin, Britaniya baş nazirinə “böyük məyusluq” ifadə etdiyini bildirərək, onun transatlantik münasibətlərə yanaşmasının Vinston Çörçil səviyyəsində olmadığını qeyd edib.

Mənbələrin sözlərinə görə, Trampın son açıqlamaları Starmer üçün ən sərt və alçaldıcı ifadələrdən biri hesab olunur. Bu bəyanatlar iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə pisləşdiyini göstərə bilər.

Bundan əlavə, Ağ Ev rəhbərinin Starmeri qapalı söhbətlərdə “məğlub” adlandırdığı iddia olunur. Britaniya baş naziri isə Trampın strategiyasını “axmaq strategiya” kimi qiymətləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar