Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib.
Bakupost.az xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra ehsan vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxsi vəsaiti hesabına kənd küçələrinə asfalt örtüyü çəkdirərək həm valideyninin xatirəsini yad edib, həm də yüzlərlə insanın gündəlik hərəkətini asanlaşdırıb.
Bu qeyri-adi ehsan növü sosial şəbəkələrdə və rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanıb. Layihəni həyata keçirən sakin bildirib ki, adətən insanlar yaxınlarını itirəndə geniş süfrələr açır, israfçılığa yol verən məclislər təşkil edirlər.
Lakin o, bu vəsaiti daha qalıcı və cəmiyyət üçün xeyirli olan bir işə — yol infrastrukturunun yenilənməsinə yönəltməyi daha doğru hesab edib.
Onun sözlərinə görə, atılan bu addım həm atasının ruhuna dua olunmasına vəsilə olacaq, həm də gələcək nəsillər üçün nümunəvi bir təşəbbüs sayılacaq.
Allah atana rəhmət etsin. Bəlkə bu avam xalqın gözü açıla
ALLAH ABİDİN ŞAHMAR BELANIZI VERSİN OVLADARİVİZ OLSUN GÖZÜNÜZÜN QABAĞINDA
Bu işləri görmək üçün doğmalarının ölməsinə ehtiyac yoxdur. Diri ikəndə etmək olar.
Yolları camaat niyə düzəltməlidir. Mən gedib pulu verib ata anam üçün namaz qıldırıb oruc tutduraram Quran oxutduraram onun savabı daha yüksəkdir. Çünki namaz qalmayan oruc tutmayan insanın o dünyada rahatlığı yoxdur. İbadətlərin sorğu sualı o dünyada çox çətindir. Ehsan vermək əvəzinə dünyadan gedənlərimin o dünyasını düzəldib cəhənnəm atəşindən qurtararam.
Halal olsun.
Cox gozel bir addimdir
Xəbər başlığıni kim yazıbsa evdə arvadına,qızı varsa qızına,anasına,vapşe sülaləsində nə qədər qadın varsa hamısı ilə ele bil ki bazdig elədim.Bu yazımı onlara göstər,de ki pulu belə qazanıram sizə.onlar da işlərin bilib yaxşı hazırlassinlar.her halda tek mən deyiləm bazdig edən onlarla
Ela hami bele etse ela olar
Ehsan çay süfresi olması bəs edir. Amma yolları çəkdirmək dövlətin və adiyyatı qurumların işidir ! Əhali uşaqpulusuz öz ailəsini güclə təmin edir.dövlətin görəcəyi işi insanlara yükləməsinlər.
Ehsanin sadece yeyenlerin medesine xeyri var. Mukemmel tesebbus
Çox yerdə ev sahibi ehsanı yerli əhalinin köməkliyi ilə verir.yəni hamının ehsan verməyə,yol duzeltdirməyə pulu olmur.ən yaxşisi isə ehsanı ümumiyyətlə ləğv edilməsidir.yalniz çay süfrəsi.
dövlət nə işə yarayır, ancaq vergi almağa
Çox gözəl Allah rəhmət eləsin mərhuma evlatlarına da can sağlığı versin Rəbbim
Bəlkə daha yaxşı olar ki, dövlət büdcəsinə köçürsün. Daha məqsədyönlü şəkildə və səmərəli xərclənməsinə hökumət qərar versin.
Allah rəhmət eləsin.Çox gözəl təşəbbüs.Var olun