Ru
17:47 / 02 May 2026

KVN ulduzu faciəvi şəkildə öldü

KVN ulduzu faciəvi şəkildə öldü
Eye

Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib.


Bakupost.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat verib.

"53 yaşlı Yelena küçəni qadağan olunmuş yerdən keçərkən "Toyota" markalı avtomobilin sürücüsü vaxtında əyləcə basa bilməyib və onu vurub", - kanal yazıb.

Məlumata görə, aktrisanın həyat yoldaşı onun ölümünü təsdiqləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar