Ru
19:04 / 02 May 2026

Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçirdi

Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçirdi
Eye

"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib.

Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib.

Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar