Ru
04:36 / 30 Aprel 2026

Ukraynanın məğlubiyyəti elan edildi

Ukraynanın məğlubiyyəti elan edildi
Eye

ABŞ prezidenti Donald Tramp Kiyevin hərbi məğlubiyyətini elan edib.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Amerika prezidentinin sözlərinə görə, cəbhədəki real vəziyyətlə bağlı məlumatlar Qərb mediasında qəsdən təhrif olunur.

“Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub. Bu barədə saxta xəbərlərdə oxuya bilməzsiniz. Qərb mediası bəzi məlumatları təhrif edir, bu heç kimə sirr deyil”, – Donald Tramp vurğulayıb.

Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, Ukraynadakı münaqişənin İran münaqişəsi ilə eyni vaxtda və ya daha tez bitmə ehtimalı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar