Ru
19:50 / 02 May 2026

Trampın aldadıcı manevri: İranda müharibə qərarını kim verir?

Trampın aldadıcı manevri: İranda müharibə qərarını kim verir?
Eye

Vaşinqtonun müharibəyə son qoymaq təkliflərinə artıq Tehran da cavab verib.

Bakupost.az xəbər verir ki, İran ABŞ-nin müharibənin dayandırılmasına dair razılaşma ilə bağlı son təkliflərinə cavabını Pakistan vasitəsilə Vaşinqtona çatdırıb. Amma Tehranın təkliflərə hansı reaksiya sərgilədiyi barədə məlumat verilmir.

ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi, siyasi şərhçi Azər Qasımov bildirib ki, İranın ABŞ-yə sülh təkliflərinin mahiyyəti Vaşinqtonun ona razı olmasını mümkünsüz edir:

“İran bu müharibənin əsas səbəbi olan nüvə məsələsini sona saxlamaqla Hörmüz boğazının açılmasından, təzminatdan, Livana və İrana bir daha hücum edilməyəcəyinə dair söz verilməsindən bəhs edir. Bunlar isə ABŞ üçün ikinci dərəcəli məsələlərdir və zatən nüvə məsələsi həllini taparsa, bunların bəziləri olacaq. Tramp nə qədər də müharibənin başa çatdığını desə də, bu, aldadıcı manevrdir. ABŞ Yaxın Şərqə ordu və silah-sursat daşımağa davam edir. Bunların bir hissəsi işlədilmiş sursatların yerini doldurmaq üçün, təbii ki, vacibdir”.

Həmsöhbətimiz hesab edir ki, ABŞ-nin müharibəyə son qoymaq təkliflərinə Tehranın verdiyi reaksiya böyük ehtimalla mənfi müstəvidədir:

“İranda hakimiyyətin bir neçə qüvvənin əlində olması ehtimalı mövcuddur, ona görə də onların mövqeləri fərqlidir. SEPAH-ın hakimiyyəti ələ aldığı bildirilir. Həmçinin, İranda süni qələbə ab-havası da hökm sürür. Ona görə də ABŞ-ni gözləmədən, hətta özlərinin ilk zərbə endirməsi ehtimallarından danışırlar. Bu mühitdə isə İran daxilində ABŞ-nin təslimçi sülh şərtlərini kimsə qəbul edib danışığa getməyəcək. Hesab edirəm ki, İrandakı real hakim qüvvələr ABŞ-nin müharibəyə son qoymaq təklifinə razı olmayacaqlar”.

Ekspertin fikrincə, hətta ABŞ-nin özü yenidən İrana hücum barədə düşünür:

“Danışıqlar prosesi, hesab edirəm ki, əsl məqsədləri gizlətmək üçün bir örtükdür. Bu məsələyə son nöqtə qoyulmayınca Tramp dayanmayacaq. Tramp son nəticədə İranı dediyi kimi əsl daş dövrünə qaytaracaq. Bu isə İran üçün yaxşı heç nə vəd etməyəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar