Ru
18:49 / 04 May 2024

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək öldü

1463
Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.

O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər