Ru
16:53 / 07 Yanvar 2022

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək

903
Astaranın Diqo kəndində yeni məktəb tikiləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov adıçəkilən kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil problemi ilə məsələyə münasibət bildirib. O qeyd edib ki, Astara rayon Təhsil Şöbəsi məsələ ilə bağlı araşdırma aparır: "Həmin şagird ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbinin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər