Avropa İnsan Hüquqları Məhkəməsinin yeni Prezidenti seçilib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Siofra O'Liri (İrlandiya) yeni Prezident seçilib. O'Liri bu postda Robert Spanonu (İslandiya) əvəzləyəcək.
O, Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın Prezidentidir. Yeni Prezident vəzifəsinin icrasına noyabrın 1-dən başlayacaq.
Aysel
Baku Post