Ru
10:15 / 14 May 2025

Su altında qızılla dolu holland gəmisi tapıldı

Su altında qızılla dolu holland gəmisi tapıldı
Eye

Uzun müddətdir itkin düşmüş xəzinə dolu gəmi Cənubi Avstraliya sahillərində tapılıb.

Bakupost.az -ın xarici KİV-ə istinadən məlumatına görə, 1857-ci ildə fırtına zamanı batan holland ticarət gəmisi “Koning Willem de Tweede”, əsr yarım sonra dəniz arxeoloqlarının tədqiqat obyektinə çevrilib.

Honq-Konqdan çıxan 42 metrlik yelkənli gəmi 1857-ci ilin iyununda Viktoriya qızıl yataqlarına gedən 400 Çinli mədənçini Gichon körfəzinə aparırdı. Sərnişinlər Robe limanında endikdən sonra gəmi güclü fırtınaya düşüb.

Qasırğanın təsirindən gəminin gövdəsi ciddi şəkildə zədələnib və ekipajı xilas etməyə çalışan kapitan gəmini sahilə tərəf istiqamətləndirib. Lakin bu manevr faciə ilə nəticələnib.

Belə ki, gəmi 2 yerə parçalanıb və çevrilən xilasetmə qayığı isə 25 dənizçidən 16-sının həyatına son qoyub.

Layihənin aparıcı arxeoloqu Ceyms Hanterin sözlərinə görə, yer dəyişən qumlar "su altı qum fırtınası" effekti yaradıb.

2022-ci ildə gəmi qəzasını araşdırmaq məqsədilə beynəlxalq layihəyə start verilib. Metal detektorlar və maqnitometrlər vasitəsilə alimlər dəmir parçalar, o cümlədən lövbər burğusunun bir hissəsini və dib çöküntü təbəqəsi altında qalmış taxta göyərtəni aşkar ediblər.

Əlavə maqnit anomaliyaları iri metal obyektlərin mövcudluğuna işarə edib. Onların ölçüləri “Koning Willem de Tweede” gəmisinin parametrləri ilə üst-üstə düşüb.

2023-cü ildə yaxınlıqdakı çimərlikdə tapılan 19-cu əsrə aid Çin saxsı qalıqları isə mühüm sübutlardan sayılır.


Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar