Ru
18:30 / 30 Mart 2024

Avtobusların sayı artırlacaq

1927
Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayının artırılması hədəflənir.

Bakupost.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf ə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

"İctimai nəqliyyatda dəyişikliklər olacaq. Ölkəyə elektrik mühərrikli avtobuslar gətirilib. Marşrutlarda avtobusların yerlərini dəyişdirməklə biz avtobusların yüklülüyün azalmasına nail olmuşuq. Hazırda avtobusların daxilində yer var. Bakının yeni marşrut şəbəkəsi hazırdır. Biz onu rəqəmsal əkizə ötürmüşük. Marşrut xətlərinin sayı azalacaq, marşrutlarda avtobusların sayı artacaq. Bir-birini təkrarlayan marşrutlar dəyişdiriləcək. Məqsəd odur ki, fərdi nəqliyyat vasitələrindən avtobuslara keçid olsun və sıxlıq azalsın. Bakının avtomobillərdən daha çox piyada yönümlü olması üçün addımlar atılır", - deyə o qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər