Ermənistanda Azərbaycan əsgərlərinə tapança tuşlayan vətəndaş saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə oxu.az Ermənistan KİV-nə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bir neçə həftə əvvəl Gorus şəhər polis şöbəsinə Teh icmasının inzibati ərazisində yerləşən şərti sərhəddə “Nissan” markalı avtomobilin sürücüsünün Azərbaycan əsgərlərinə tapança tuşlaması barədə məlumat daxil olub.
Polis əməkdaşları əməliyyat yoxlamasından sonra Gorusda üç nəfəri saxlayaraq şöbəyə aparıblar.
Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, şərti sərhəddə olarkən ədavət və qorxutmaq məqsədilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, sözügedən hadisə ilə bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.