“Bu gün "Azərbaycan" qəzetinin 10000 - ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. Təəssüf ki, "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib”.
Bakupost.az xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq edilib:
“Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir?
Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.
Lalə, BakuPost