Ru
01:29 / 08 May 2024

Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək

1687
“Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – Qeyd) bəzi layihələri müzakirə etdik”.

Bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso AzərTac-a və AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq:

“İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər