Xəbər verdiyimiz kimi, bu gün İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayib. Helikopterdə Rəisi ilə birgə Təbrizin cümə imamı Höccətülislam əl-Haşim, XİN başçısı Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan qubernatoru Malik Rəhməti, iki pilot və bir pilot köməkçisi, təhlükəsizlik qrupunun rəhbəri, mühafizəçilərdən biri olub.
Helikopterin axtarışları davam edir.
Bakupost.az bildirir ki, İbrahim Rəisinin helikopteri Rusiya istehsalı olan Mİ-171-dir. Bu, Mİ-8-in modifikasiyası olan sovet(Rusiya) mülki sərnişin helikopteridir.
Dünyanın 100-dən çox ölkəsinə satılıb. Ötən ilə olan məlumata görə, İran onlarıdan 25 ədəd alıb.
Yeri gəlmişkən 2009-da Azərbaycan HHQ aid Mİ-171 qəzaya uğramış və 3 pilotumuz həlak olmuşdu.
Mİ-171 Rusiya, Vyetnam, Çin, Serbiya, Çexiya, Əlcəzair(3 dəfə), Özbəkistan, Nigeriyada qəzaya uğrayıb.
Helikopterin texniki xüsusiyyətləri:
Ekipaj: 3 nəfər
Sərnişin tutumu: 26 nəfər
Yükgötürmə qabiliyyəti: 4000 kq
Uzunluq: 18.17 m
Əsas rotorun diametri: 21.29 m
Hündürlük: 5.65 m
Boş çəki: 6800 kq
Normal uçuş çəkisi: 11100 kq
Maksimum uçuş çəkisi: 12000 kq
Güc qurğusu: 2 × TV3-117 (VK-2500)
Mühərrikin gücü: 2 × 1641 kVt (2014)
Uçuş xüsusiyyətləri
:
Maksimum sürət: 250 km/saat
Kreyser sürəti: 225 km/saat
Praktik məsafə: 610 km
Xidmət tavanı: 5000 m
Statik tavan: 3900 m