Ru
14:21 / 23 Oktyabr 2024

İşsiz qadın ölən həyat yoldaşının pensiyasını ala bilərmi?

İşsiz qadın ölən həyat yoldaşının pensiyasını ala bilərmi?
Eye

Azərbaycanda dünyasını dəyişən 63 yaşlı kişinin pensiya kapitalında 50 000 manata yaxın vəsait toplanıb.

Bu barədə vəfat edən kişinin xanımı sosial şəbəkədə məlumat verib.

Qadın bildirib ki, onun 54 yaşı var və işsizdir, əri isə 63 yaşında dünyasını dəyişib.

Qadının həyat yoldaşının pensiya kapitalında toplanmış vəsaitdən pensiya, yaxud müavinət almaq hüququ varmı? Əgər varsa, bunun üçün hara müraciət etməlidir?

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin qadın pensiyaya çıxanda 65 yaşı olacaq:

"Qadınların pensiyaya çıxamaq yaşı hər il 6 ay artır. Yəqin ki, bu xanım 65 yaşında pensiyaya çıxacaq. Həmin qadının pensiya çıxanda ona ərinə çatmalı olan pensiyanın 80%-i veriləcək".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar