Ru
22:28 / 22 Sentyabr 2025

Aqarunovun vurduğu tankın komandiri öldü

Aqarunovun vurduğu tankın komandiri öldü
Eye

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni tankının komandiri Qaqik Avşaryan ölüb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 erməni tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilib. İki ekipaj üzvü - Aşot Avanesyan və Şahen Sarkisyan yerindəcə ölüb, polkovnik Qaqik Avşaryan isə döyüş meydanından qaçıb.

Uzun müddət tank Şuşanın girişində yerləşdirilib, lakin şəhər azad edildikdən sonra 2023-cü ildə o, yerindən çıxarılaraq Bakıya gətirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar