Ru
10:23 / 15 Sentyabr 2025

Mehriban da məktəbə getdi... - FOTO

Mehriban da məktəbə getdi... - FOTO
Eye

2019-cu ildə Azərbaycanın 10 milyonuncu sakini kimi dünyaya gələn Mehriban Həsənova bu il məktəbə başlayır.

Bakupost.az xəbər verir ki, onun atası Rauf Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, qızlarının təhsilinə xüsusi diqqət yetirirlər: “Mehriban indi uşaqdır, həkim olmaq istəyir. Biz gələcəkdə də valideyn olaraq seçimində ona hər zaman dəstək olacağıq”.

Mehriban ailəsi ilə birlikdə Yasamalda yaşayır. Onun bir bacısı var. Anası informatika müəllimi olduğu üçün valideynləri Mehribanın da təhsilini anasının çalışdığı 7 nömrəli tam orta məktəbdə davam etdirməsinə qərar veriblər.

Qeyd edək ki, 2019-cu il aprelin 6-sı Azərbaycan əhalisi rəsmi olaraq 10 milyon nəfərə çatıb. Həmin gün dünyaya gələn körpəyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı verilib. Prezident İlham Əliyev və birinci xanım ailəni şəxsən təbrik edib, onlara mənzil hədiyyə olunub, körpənin adına isə əlavə maliyyə vəsaiti köçürülüb.







Mehriban da məktəbə getdi... - FOTO
Mehriban da məktəbə getdi... - FOTO
Mehriban da məktəbə getdi... - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar