Ru
23:21 / 22 Sentyabr 2025

Bakı-Quba yolunda avtomobil betona çırpıldı, sürücü öldü

Bakı-Quba yolunda avtomobil betona çırpıldı, sürücü öldü
Eye

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, idarəetməni itirən avtomobil beton maneəyə çırpılıb.

Nəticədə sürücü 26 yaşlı Cəmil Hacıəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza nəticəsində magistralda qısa müddətli tıxac yaranıb, artıq avtomobillərin hərəkəti tam bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar