Ru
12:59 / 22 Sentyabr 2025

Avtomobillə Bakıya giriş pullu olacaq - RƏSMİ

Avtomobillə Bakıya giriş pullu olacaq - RƏSMİ
Eye

Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə müraciət etdikdə, artıq onların qarşısında yeni bir imkan açılacaq - dövlət bu kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.

Bakupost.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək", - A.Rzayev bildirib.

Onun sözlərinə görə, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, bu zaman bank mexanizmlərindən yararlanacaq, dövlət isə həmin kreditlərin bir hissəsini subsidiya edəcək və zəmanət təmin edəcək. Bu addım həm daşıyıcıların fəaliyyətini sabitləşdirəcək, həm də sərnişinlərin daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərindən istifadəsini təmin edəcək.

O əlavə edib ki, şəhərdə ictimai nəqliyyatın inkişafı təkcə sərnişindaşıma xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmır:

"Böyük sayda fərdi avtomobillərin paytaxta daxil olması nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır, ümumi hərəkət intensivliyinə və ekoloji tarazlığa mənfi təsir göstərir. Bu səbəbdən beynəlxalq təcrübəyə uyğun olaraq ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Sözügedən modelin məqsədi şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaq, ictimai nəqliyyata üstünlük vermək və hərəkət təhlükəsizliyini artırmaqdır".

Şərhlər
  • Sakit

    Görəsən Istanbula, Bodruma da giriş pulludur? Bizi çox gözəl günlər gözləyir

  • Sabirov Fariq

    Camaatı bezdirib AYNA.Bu təşkilat çıxanı ancaq camaatın cibinə girir,Azparking,Cərimələr,bezib millət əlinizdən.Axırınız Qəddafi kimi olacaq!Camaatı şeyivizə sarımısız lap.Soxasan belə yaşayışa.Hər gijdıllağ bir qərar çıxardır,milləti cərimələyir.Əhalini düşünən yoxdu ama!!!

  • Dəxi

    Abşeron tıxaca boğulmaqdadır və çətin boşaldılan ağır Super-TIR yük nəqliyyatından qeyrilərini buraxmamaq tıxaca qarşı əhəmiyyətli qayda-qanun olar? Dövlətin inzibati ərazi bölgüsü hələlik fərqli sayda olan rayonlardır. Hər rayonda yalnız öz yerli, ən uzağı yerli şəhər sakinləri işə qəbul edilə bilərlər kimi qanuni tənzimləmə də faydalı ola bilər?

  • Emil səlimov

    Bakı sakini evinə getməy ücün pul niyə ödəməlidir? Qulaqı kəsəndən sonra saymayın. Qərar qəbul edirsinizsə ədalətli qərar verin! Axırınız qəddafi kimi placaq. Xalqı bezdiribsüz!

  • Omar

    Yalansa sizin .siz ancaq milləti soyun talayın

  • Omar

    Canınız ücün elə sizin məgsəd ancaq cammatı talamagdr

  • Akif

    Ela cox gözel

  • Nazim Quliyev

    Biz bawa duwmedik Bu Baki weheri ayri olkedi Yoxsa kiminse wexsi mulkiyyetidi Ayna kimi menasiz tewkilat milletin cibine girmek ucun bu boyda hoqqaya el atir Bu qerar qanunsuzdur Bu qanun milletin ziyaninadi

  • Xuraman

    Yaxşıdır elə yaxşıdı vermə qəzalar da,az olar

  • Ergun mustafayev

    Bu absurd qerardı biz pis günde yaşıyan milet ferdiyik buna heçkimin gücü catmır bir uşagı mektebde oxutmagımız bele çetinleşib qsldıkı ödenişli yol olsun ölkeni alverxana ve yaxud imkanlıların yaşadıgı bir masivmi başa düsürler bular .utanmasanız bunada bir don geydirin .usaq var birinci sinife gesir 16000 min manat illiy ödeyir bunlar menimkimi bedbexler qelem deftrr almaga gücümüz catmir

  • Ахмед Рахманов

    Birdəfəlik desinlər ki, Bakı ancaq imkanlılar üçün olacaq .kasıb təbəqənin evini onsuzda mərkəzdə söküb elə pul verirlər ki, kənarda ev alsın ,Odur ki, Bakıya gəlmək istəsə pul ödəsin

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar