Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 PUA-nı məhv edib. İlkin məlumata görə, dağıntı olmayıb.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 pilotsuz uçuş aparatını məhv edib. İlkin məlumata görə, heç bir ziyan dəyməyib", - meriyanın Teleqram kanalında dərc olunan bəyanatda deyilir .
O, əlavə edib ki, hadisə yerində təcili yardım xidmətləri işləyir.
Qeyd edək ki, PUA hücumu ilə bağlı Moskvanın səması tamamilə bağlanıb. Moskva hava limanlarında uçuşlar təxirə salınıb. Moskvaya uçan təyyarələr geri qayıdır.
Yerli sakinlər Rusiya paytaxtının müxtəlif yerlərində ən azı 10 partlayış səsi eşidiblər.
***
20:50
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.