Krımda fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər.
Bakupost.az xəbər verir ki, belə bir qərarın qəbulu Ukrayna Silahlı Qüvvələrinin Foros qəsəbəsinə hücumundan sonra mümkün sayılır.
Yalta şəhərinin meri Yanina Pavlenko öz Telegram kanalında dron hücumundan sonra dəyən zərərin 18,7 milyon rublu ötdüyünü yazıb.
Qəsəbədə artıq fövqəladə vəziyyət elan edilib.