Ru
20:01 / 22 Sentyabr 2025

Xıdırlıda yağış sularının vurduğu ziyan belə aradan qaldırılır - VİDEO

Xıdırlıda yağış sularının vurduğu ziyan belə aradan qaldırılır - VİDEO
Eye

Ağdamın Xıdırlı kəndində yağış sularının zərər vurduğu evlərdə bərpa işləri aparılır.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yağış suları nəticəsində uçan daş hasar bərpa edilib.

Eyni zamanda gələcəkdə bu kimi halların yaşanmaması üçün tədbirlər görülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağdamın Xıdırlı kənd sakinlərinin yağış yağan kimi evlərin su altında qaldığı ilə bağlı narazılığını əks etdirən görüntülər paylaşılmışdı.

“Bir az yağış yağan kimi sel evi aparır. Demək olar ki, evə dolur. Bütün sular da evin altına gedir”, - videoda deyilirdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar