Ru
20:32 / 22 Sentyabr 2025

Bu məşhur bazarda söküntü İŞLƏRİ BAŞLADI - VİDEO

Bu məşhur bazarda söküntü İŞLƏRİ BAŞLADI - VİDEO
Eye

Bakının Dərnəgül Tikinti Bazarında söküntü işlərinə başlanılıb.


Bakupost.az Azərbaycan Televiziyasına (AzTV) istinadən söküntünün başlamasını əks etdirən görüntüləri təqdim edir:

Qeyd edək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar