Ru
12:10 / 28 May 2025

Azərbaycan və Pakistan arasında hərbi sahədə protokol imzalanıb - FOTO

Azərbaycan və Pakistan arasında hərbi sahədə protokol imzalanıb - FOTO
Eye

Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.


Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.

Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar