Ru
07:02 / 11 İyun 2026

Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz

Azərbaycanda bu şəxslər  işdən çıxarıla bilməz
Eye

Adətən işlədiyi yerdən asılı olmayaraq hər bir işçidə "işdən çıxarılma" narahatlığı olur. Lakin müəyyən kateqoriyaya aid işçilər var ki, onların müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilə bilməz.

Bakupost.az xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallarla bağlıdır.

Kimlərin müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilməz?

Əmək Məcəlləsində qeyd olunur ki, işəgötürən tərəfindən müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar aşağıdakılardır:

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

- yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

- işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

- öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin;

- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir.

Şərhlər
  • Əhməd

    Əməkqabliyyətsiz əliləm Xahiş edirəm Əməkqabliyyətsiz sözünü bizdən qötürün yaşamaq olmur!

  • Sakı

    Əmək hüquqları hal hazirda formal xarakter dasiyir lakin icra edilmir və vətəndaşların bir çoxunun bundan xəbri belə yoxdu.

  • Dəxi

    Bizlər, Ana türk və doğma azərbaycan dilimizi nə zaman daha geniş açıq-aydın sözlərlə ifadə edəcəyik? Başlığın diqtəsi kimi *işdən çıxarıla bilməz!* doqmatik bir fraza yalnız qeyri-müəyyənlik və qarşıdurma fərz-vəd edir. Hansı dövlətin digərinin sərhəddini aşıb-hərbi təcavüz cinayətinə hansısa cüzi belə hüququ var. Bütün Yer sakinlərinə ciddi Hərbi-düşərgə forumu yapmağa çalışan Efreytor (SSçi) Adolf (Hitleri) öz ətrafı ilə azı on il davam etdirdikləri ciayətin (1952ci ilə qədər və sonra belə) cəzalarını tam tərkibdə aldılar! Digər ehtimal daha yüksəkdir. *İşə götürən* *işçi*ni yüksəldə, *təminat zəmanətinə*, *ustalığa* cəlb edə bilər? Daim tərs münasibətli təqdim etmək heç də diqqətə layiq görünmür? Hazırda Ölkəmizdə günlərlə, aylarla, ya illərlə maaşları ödənməmiş neçə NƏFƏR işçinin İş yerinə, Dövlət Müfəttişliyində, Həmkarlarda, Məhkəmələrdə, Prokurorluqda iddia-ərizələri var? Onlar Əmək Hüquqlu Azərbaycan vətəndaşları deyillərmi? El birliyi haradadır ki, onlara yazılıb-təsdiq edilmiş muzdlu əmək-haqqı (çörək pulu) gecikdirilir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar