Ru
15:06 / 24 Avqust 2026

Azərbaycanın bu kəndində 150 min adam yaşayır

Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Eye

Hazırda Azərbaycanda 4244 kənd var. Bu kəndlər arasında əhalisinin sayına görə ən böyük yaşayış məntəqəsi Abşeron rayonunun Masazır kəndidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıyaalınmasının nəticələrinə əsasən, Masazır kəndində 68 273 nəfər əhali yaşayıb.

"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, son illərdə Masazırda əhalinin sayının sürətlə artdığı müşahidə olunur. Abşeron yarımadasında yeni yaşayış massivlərinin salınması, çoxmənzilli binaların və fərdi evlərin tikintisinin genişlənməsi kəndin faktiki əhali sayına da təsir edib.

Masazırın paytaxta yaxın yerləşməsi, nəqliyyat imkanları və mənzil qiymətlərinin Bakı ilə müqayisədə nisbətən münasib olması əhalinin bu əraziyə köçünü sürətləndirən əsas amillərdəndir. Kənddə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi ilə yanaşı, kirayə mənzillərdə yaşayanların sayının da artdığı bildirilir.

Qeyri-rəsmi hesablamalara görə, Masazırda rəsmi qeydiyyatda olmayan, lakin burada daimi və ya müvəqqəti yaşayan şəxslər də nəzərə alındıqda, kəndin faktiki əhalisi 150 min nəfəri keçir.

Beləliklə, Masazır təkcə Azərbaycanın əhalisi ən çox olan kəndi deyil, həm də ölkədə sürətli urbanizasiya və daxili miqrasiyanın ən aydın müşahidə edildiyi yaşayış məntəqələrindən biridir.

Ərazidə yeni yaşayış komplekslərinin tikintisinin davam etməsi və əhali artımının sürətlənməsi Masazırın demoqrafik göstəricilərinin növbəti siyahıyaalınmada daha yüksək rəqəmlərlə əks olunacağı ehtimalını artırır.

Şərhlər
  • Kirayə nişin Bakı fəhləsi

    Statistik qeydə-alma, yəni əsasən *Əmlak orderləri* üzrə qeydlərə alınmış vətəndaşların sayına və ya əlavə sənədsiz *TexPasport*lar üzrə 2019cu ildəki 68273 nəfər artıb, böyüyüb, artıq 2026cı ilin hesabat tarixinə qeydiyyatda və qeyddən əlavə neçə nəfər evlərinə məskunlaşıb, qeyddə deyillər?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar