Ru
23:59 / 02 Aprel 2024

Bakı maviyə büründü - FOTOLAR

2795
Aprelin 2-də "Socar Tower”, "Alov qüllələri”, Qız qalası, "Hilton” otel, "Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Bakupost. az xəbər verir ki, autizm həyatın ilk üç ilində özünü göstərən və cinsdən, irqdən və ya sosial-iqtisadi statusdan asılı olmayan qalıcı neyroinkişaf pozulmasıdır. BMT autizm spektr pozuntusundan əziyyət çəkən insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə bütün dünyada aprel ayını Dünya Autizm Maarifləndirmə Ayı, 2 aprel tarixini isə Dünya Autizm Maarifləndirmə Günü elan edib.

Hazırda autizm spektr pozuntusu olan insanlar dünya əhalisinin təxminən 1 faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, autizmli uşaqların sayı hər il 13 faiz artır. Autizm spektr pozulmalarının səbəbləri hələ də araşdırılır, lakin bunun əsas səbəbinin genetik və ekoloji, yəni irsiyyət və ətraf mühit faktorları olduğu deyilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər