Ru
13:25 / 24 Avqust 2026

Bakıda evini qəsdən yandıran kişi dispanserə yerləşdirildi - VİDEO - YENİLƏNDİ

Bakıda evini qəsdən yandıran kişi dispanserə yerləşdirildi  - VİDEO - YENİLƏNDİ
Eye

Bakıda evini yandıran şəxs saxlanılıb.

"Bakupost" xəbər verir ki, paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzili yandıran 47 yaşlı ev sahibi saxlanılıb. Ruhi xəstə olan həmin şəxs əsəb dispanserinə yerləşdirilib.

***

09:53

Bakı şəhəri, Xətai rayonunda evini yandıran şəxsin hadisədən əvvəlki görüntüləri yayılıb.

“Bakupost” xəbər verir ki, görüntülərdə kişinin evdəki əşyaları dağıtdığı, daha sonra isə şüşəni sındıraraq aqressiv davrandığı görünür.

Məlumata görə, ev sahibi ilə ailə üzvləri arasında uzun müddətdir münaqişə yaşanıb. Hadisə günü o, əvvəlcə evdəki əşyaları dağıdıb, daha sonra isə evi yandırıb.

Görüntülər qarşı binada yaşayan sakinlər tərəfindən lentə alınıb.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar