Ru
14:08 / 25 Noyabr 2026

Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq

Bu axşam ictimai nəqliyyatda gediş haqqı  1 qəpik olacaq
Eye

“BakıKart” və Mastercard UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

"Bakupost" xəbər verir ki, kampaniya çərçivəsində 25 noyabr tarixində saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir. Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etmək, ictimai nəqliyyatdan istifadəni və təmassız ödənişləri təşviq etməkdir.

“BakıKart” tərəfdaşları ilə birgə sərnişinlər üçün yeni ödəniş imkanları və güzəştli kampaniyalar təqdim etməyə davam edir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar