Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 192 ünvanında iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə bu gün, saat 18:12-də qeydə alınıb.
Hadisə nəticəsində 90-UL-051 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil dönmə manevri etdiyi zaman qarşıda hərəkət edən 90-AP-045 dövlət nömrə nişanlı "Hyundai Accent" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik: