Ölkənin şimalında, mərkəzi İsraildə və Krayotda həyəcan siqnalları səslənib.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məluçat yayıb.
İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemləri işə düşdükdən sonra bir neçə yerdə dağıntılar olub və bu da Hayfada elektrik kəsilməsinə səbəb olub.
İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Hayfadakı neft emalı zavodlarında da ziyan qeydə alınıb.
İsrailin enerji naziri Koen atəşə tutulma ilə bağlı açıqlama verib:
"Şimalda elektrik şəbəkəsinə dəyən ziyan lokal və kiçikdir. Elektrik Şirkətinin işçiləri artıq hadisə yerindədirlər və dağıntı olan hissələrdə elektrik enerjisi bərpa edilib.
Qalan obyektlərə elektrik enerjisinin verilişi tezliklə bərpa olunacaq."
Bundan əlavə, şimalda baş verən hücum nəticəsində obyektlərə ciddi ziyan dəymədiyi bildirilib.