Ru
22:39 / 19 Mart 2026

İran rəsmisi: İsrail "Saudi Aramco"nu vurmaq istəyir

İran rəsmisi: İsrail "Saudi Aramco"nu vurmaq istəyir
Eye

"İsrail rejimi "Saudi Aramco"nun bölgədəki obyektləri də daxil olmaqla, regiondakı enerji infrastrukturuna hücum etmək niyyətindədir. Məqsəd hücumun məsuliyyətini İranın üzərinə atmaqla, region ölkələri arasında nifaq salmaqdır".

Bakupost.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Mərkəzi Qərargahının nümayəndəki Xatəm əl-Ənbiya bildirib.

Onun sözlərinə görə, İsrail Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum etməyi və hücumlara görə məsuliyyəti İranın üstünə atmağı planlaşdırır.

İran dövlət televiziyası bəyanatdan sitat gətirib: "Daha əvvəl də bildirdiyimiz kimi, İran Silahlı Qüvvələri ABŞ-yə və İsrail rejiminə məxsus bütün infrastruktur obyektlərinə hücum edir və rəsmi olaraq bunun məsuliyyətini öz üzərinə götürür və bunu bəyan edir. Alınan məlumata görə, İsrail rejimi "Saudi Aramco"nun bölgədəki obyektləri də daxil olmaqla, regiondakı enerji infrastrukturuna hücum etmək niyyətindədir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar